“Fənərbaxça”nın növbəti prezidentinin adı məlumdur
04.09.2008 - 11:01
“Fənərbaxça”nın növbəti prezidentinin adı məlumdur
Bakı - APA-Sport. İstanbulun “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım xələfinin adını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 56 yaşlı klub rəhbəri özündən sonra “sarı-lacivərdli” komandada prezident kürsüsünə Mehmet Əli Aydınların layiq olduğunu bildirib. Klublar Assosiasiyasının iclasında çıxış edən Ə. Yıldırım xələfi ilə bağlı bunları deyib: “Bir müddətdən sonra mən “Fənərbaxça”nın prezidenti vəzifəsindən gedəcəyəm. Bu şərəfli işi buraxacaq, bir kənara çəkiləcəyəm. İstəyirəm ki, məndən sonra “Fənərbaxça”nın prezidenti Mehmet Əli Aydınlar olsun”.
Qeyd edək ki, ixtisasca inşaat mühəndisi olan Ə. Yıldırım 1998-ci ildən “Fənərbaxça”nın prezidenti vəzifəsini daşıyır. Mehmet Əli Aydınlar isə Türkiyədə futbola bağlı insan hesab olunur. O, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü olmaqla yanaşı, Acibadem xəstəxanasının rəhbəridir.
0