Sərvət, Əmrə və Gökdəniz ermənilərə qarşı oynaya biləcək
04.09.2008 - 11:02
Sərvət, Əmrə və Gökdəniz ermənilərə qarşı oynaya biləcək
İstanbul. Elşən Məmmədov – APA-Sport. Türkiyə yığması sentyabrın 6-da 2010-cu il dünya çempionatının 5-ci seçmə qrupunun oyununda Ermənistanla qarşılaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, prinsipial görüş öncəsi “ay-ulduzlular”ın heyətində yaranan zədə problemləri aradan qalxır. Braziliya əsilli yarımmüdafiəçi Mehmet Aurelio Türkiyə yığmasının düşərgəsinə İspaniyanın “Betis” komandasından zədəli halda gəlib. Hazırda həkimlər onu Ermənistanla oyunadək hazır vəziyyətə çatdırmaq üçün səfərbər olunublar. Müdafiəçi Sərvət Çətin, yarımmüdafiəçi Əmrə Bələzoğlu və hücumçu Gökdəniz Qaradənizin isə qarşıdakı görüşdə çıxış edə biləcəkləri açıqlanıb. S.Çətinin qrip xəstəliyi, G.Karadəniz və Ə.Belözoğlunun isə ağrıları olub.
Qeyd edək ki, İrəvandakı “Razdan” stadionunda keçiriləcək Ermənistan – Türkiyə matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
0