“Arsenal” türkiyəli futbolçularla güclənəcək
04.09.2008 - 11:18
“Arsenal” türkiyəli futbolçularla güclənəcək
Bakı. Kənan Həsənov - APA-Sport. İngiltərənin “Arsenal” klubu iki türkiyəli futbolçunu gözaltı edib. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın baş məşqçisi Arsen Venger “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəllə hücumçu Semih Şəntürkü izləmək üçün xüsusi qrup yaradıb. Türkiyə yığmasının da şərəfini qoruyan futbolçular haqda qeydlər mütəmadi olaraq fransalı mütəxəssisə çatdırılacaq. A. Venger isə buna əsasən transfer siyasətini quracaq.
Qeyd edək ki, “Fənərbaxça”lı futbolçular A. Vengerin maraq dairəsinə Türkiyə milli komandasının üçüncü yeri tutduğu Avropa çempionatında düşmüşdü.
0