Ağır cəzaya məruz qalan hakim səhvini boynuna aldı
04.09.2008 - 12:04
Ağır cəzaya məruz qalan hakim səhvini boynuna aldı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Sentyabr mənim üçün nədənsə düşərli olmur. Artıq ikinci ildir bu ayda cəzalanıram”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında AFFA tərəfindən beş oyunluq cəzalanan beynəlxalq dərəcəli hakim Azad Mütəllimov deyib. Azərbaycan Premyer Liqasının son turunda “İnter” – “Qəbələ” (1:1) matçını idarə edən 43 yaşlı hakim cəzalanacağını gözləmirmiş: “Bu, mənim üçün gözlənilməz oldu”. Bununla belə, A. Mütəllimov səhv qərar qəbul etdiyini etiraf edib: “Epizodun təkrarına baxanda səhvimi gördüm. Həmin epizodda topa yox, “İnter”in futbolçusunun ayağına toxunulmuşdu”. A.Mütəllimovun sözlərinə görə, haqqında çıxarılan qərarla bağlı şikayət etmək fikrində deyil.
0