Mişel Polverino: “Bakıda üç xal qazanmağımız mümkündür”
04.09.2008 - 12:12
Mişel Polverino: “Bakıda üç xal qazanmağımız mümkündür”
24 yaşlı futbolçu sentyabrın 10-da dünya çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək Azərbaycan – Lixtenşteyn matçına kökləndiklərini bildirib: “Biz ilk görüşdə Almaniyaya uduzsaq, heç kim bizi qınaya bilməz. Komandamızdan nəticə, hətta qol tələb etmək də axmaqlıq olardı. Bu səbəbdən Almaniyadan qorxmuruq. Avropa çempionatının ikinci komandası ilə matçda sürpriz etməyimiz yaxşı olardı. Əsas fikirlərimiz isə sentyabrın 10-da baş tutacaq qarşılaşma ilə bağlıdır. Azərbaycanla görüşün həyəcanı ilə yaşayırıq. Çünki Bakıda üç xal qazanmağımız mümkündür”.
Qeyd edək ki, sentyabrın 10-da Bakıda keçiriləcək Azərbaycan – Lixtenşteyn matçı saat 21:00-da başlayacaq.
0