Məşqə vertolyotla gələn futbolçu kimdir?
04.09.2008 - 12:27
Məşqə vertolyotla gələn futbolçu kimdir?
Bakı. Kənan Həsənov - APA-Sport. Braziliya yığmasının forvardı Robinyo hamının təəccübünə səbəb olan hərəkətlə diqqət çəkib. “APA-Sport” agentliyinin məlumatına görə, futbolçu komandasının məşq düşərgəsinə vertolyotla gəlib. Bir neçə gün əvvəl İspaniya çempionu “Real”ı İngiltərənin “Mançester Siti” klubuna dəyişən Robinyo bu qeyri-adi addımına haqq qazandırıb: “Vertolyota minmək fikrim yox idi. Ona görə ki, insanların məni başa düşməyəcəklərini bilirdim. Amma başqa çıxış yolu tapmadım. Bu addımı məşqə gecikməmək üçün atdım”.
Qeyd edək ki, Braziliya yığması sentyabrın 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çili ilə qarşılaşacaq.
0