“Bakı” seneqallı hücumçusunu transferə çıxardı
04.09.2008 - 13:20
“Bakı” seneqallı hücumçusunu transferə çıxardı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun seneqallı hücumçu Eli Sisse ilə yollarını ayırması rəsmiləşib. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisi bu ilin qışında transfer etdiyi 21 yaşlı legionerlə müqaviləni pozaraq, ona azad agent statusu verib. Viza probleminə görə komandanın iyulda Sloveniyadakı təlim-məşq toplanışında iştirak etməyən seneqallı hücumçu Mərakeşə yollanıb. O, karyerasını bu ölkədə davam etdirmək fikrindədir. “Bakı”nın yeni transfer etdiyi 22 yaşlı braziliyalı hücumçu Bruno Bastelli isə ən azı yarım il onun şərəfini qoruyacaq. Yeni klubu ilə hələ ki 6 aylıq anlaşan Braziliyanın adlı-sanlı “Santos” klubunun yetirməsi Azərbaycan karyera qurmaq üçün gəldiyini, əsas məqsədinin Premyer Liqadan tramplin kimi istifadə etmək olduğunu söyləyib.
0