Berti Foqts dörd futbolçunu yığmadan uzaqlaşdırdı
04.09.2008 - 14:25
Berti Foqts dörd futbolçunu yığmadan uzaqlaşdırdı
Bunlar qapıçı Anar Nəzirovla yarımmüdafiəçi Aleksandr Çertoqanov (hər ikisi “Neftçi”) və müdafiəçi Vladimir Levinlə hücumçu Xaqani Məmmədovdur (hər ikisi “İnter”). Bu futbolçulardan yalnız Vladimir Levin İranla son hazırlıq matçında iştirak edib. Milli komandamızda debüt edən 24 yaşlı ukraynalı müdafiəçi həmin oyunda zəif təsir bağışlamışdı. B.Foqts İranla oyundan sonra A.Nəzirovla A.Çertoqanovu milliyə dəvət etsə də, Uelslə matçda onların xidmətinə ehtiyac duymayıb. Ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan X.Məmmədov isə B.Foqtsun dövründə yalnız Andorra yığması ilə yoldaşlıq görüşündə (2:1) iştirak edib.
Qeyd edək ki, milli komandamız bu gün Uelsə 20 futbolçu ilə yollanıb.


0