Kreyq Bellami: “Azərbaycanla oyunu buraxmaq istəməzdim”
04.09.2008 - 15:20
Kreyq Bellami: “Azərbaycanla oyunu buraxmaq istəməzdim”
Bakı. Mehman Süleymanov - APA-Sport. Sentyabrın 6-da Azərbaycanla rəsmi oyunu buraxacaq Uels milli komandasının kapitanı Kreyq Bellami məşqçilərdən onu bir müddət meydana buraxmamağı xahiş edib. “APA-Sport” agentliyinin məlumatına görə, zədədən sonra tam hazır olmaq istəyən İngiltərənin “Vest Hem” klubunun 29 yaşlı hücumçusu milli komandamızla oyundan dörd gün sonra – Rusiya yığması ilə Moskvada keçiriləcək görüşdə də oynamayacaq. Uels yığmasının baş məşqçisi Con Toşak vaxtilə milli komandamıza qol vuran K.Bellamini sonradan heyətdən çıxarmalı olub: “Mən yığmaya və klubuma kömək etmək üçün tam sağlam olmalıyam. Buna görə də indi zədəli oynayıb, risk etmək istəmirəm. Mən Azərbaycan və Rusiya yığmaları ilə matçları buraxmaq istəməzdim. Ancaq tezliklə zədəmi sağaldıb, formamı bərpa etsəm, artıq oktyabrda komandaya kömək edə bilərəm”.
0