Ermənistan yığmasının baş məşqçisi: “Hamı Türkiyədən qələbə gözləyir”
04.09.2008 - 15:27
Ermənistan yığmasının baş məşqçisi: “Hamı Türkiyədən qələbə gözləyir”
Bakı. Kənan Həsənov - APA-Sport. “Türkiyə yığması FİFA-nın reytinqində 10-cu, biz isə 98-ci sırada yer almışıq. Bu səbəbdən Türkiyənin oyunun favoriti kimi göstərilməsi təəccüblü deyil. Amma rəqib komandanın üzərində psixoloji basqı olacaq. Hamı onlardan qələbə gözləyir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistan futbol yığmasının baş məşqçisi Yan Poulsen söyləyib. Danimarkalı mütəxəssis “doğma meydan” amilinin komandasına əlavə stimul verəcəyini bildirib: “Ötən seçmə tsikldə Polşa və Portuqaliyaya qarşı oyunu Türkiyəyə qarşı da nümayiş etdirməliyik. Biz güclü rəqiblərə qarşı necə mübarizə aparmağı bilirik”.
Qeyd edək ki, Ermənistan - Türkiyə oyunu sentyabrın 6-da İrəvanın “Razdan” stadionunda baş tutacaq.
0