Anatoli Demyanenko “İliçevets” klubunu çalışdıra bilər
04.09.2008 - 15:32
Anatoli Demyanenko “İliçevets” klubunu çalışdıra bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko Ukraynanın “İliçevets” komandasına rəhbərlik edə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, 49 yaşlı mütəxəssis güclülər dəstəsinin autsayderi olan Mariupol təmsilçisinin baş məşqçi postundan istefaya göndərilən Aleksandr İşenkonun xələfi olmağa namizəd göstərilir. Uğursuz çıxışın nəticəsi kimi vəzifəsindən kənarlaşdırılan baş məşqçinin səlahiyyətləri müvəqqəti olaraq onun köməkçisi Vladimir Makarenkoya tapşırılıb. “İliçevets”ə rəhbərlik etməyə üç namizədin var ki, A.Demyanenko ilə yanaşı, bir müddət əvvəl müvafiq olaraq Ukraynanın “Dnepr” və Moldovanın “Zimbru” klublarından istefaya göndərilən Oleq Protasov və Aleksandr Sevidov da onlar arasındadır.
0