“Los-Anceles Qalaksi” Roberto Karlosu istəyir
04.09.2008 - 15:46
“Los-Anceles Qalaksi” Roberto Karlosu istəyir
Los-Anceles. Elşən Məmmədov - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun braziliyalı müdafiəçisi Roberto Karlosa ABŞ-ın “Los-Anceles Qalaksi” komandasından ciddi təklif gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, “Los-Anceles Qalaksi” 35 yaşlı oyunçuya 3 ilə 18 milyon avro ödəməyə hazır olduğunu bildirib. Monakoda “Qızıl ayaq” mükafatını alarkən, R.Karlosa amerikalılar öz təkliflərini ünvanlayıblar. Transfer baş tutarsa, Braziliya yığmasının sabiq futbolçusu ingiltərəli yarımmüdafiəçi Devid Bekhemin komanda yoldaşı olacaq.
0