Türkiyə UEFA-ya nota göndərdi
04.09.2008 - 17:10
Türkiyə UEFA-ya nota göndərdi
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə Futbol Federasiyası (TFF) sentyabrın 6-da İrəvanda Ermənistanla baş tutacaq oyun ərəfəsində UEFA-ya nota göndərib. “APA-Sport” agentliyinin Türkiyə mənbələrinə istinadən verdiyi məlumata görə, TFF yarana biləcək hər hansı xoşagəlməz hadisəyə görə UEFA-nın və Ermənistanın məsuliyyət daşıyacağını bildirib. Türkiyəlilərin əsas tələbi təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili ilə bağlıdır. TFF, həmçinin oyun zamanı Türkiyə, Mustafa Kamal Atatürk və türk xalqını təhqir edəcək hər hansı hərəkətin qarşısının alınması üçün diqqətli olmağı tələb edib. UEFA-nın bu səbəbdən oyuna iki nümayəndə göndərməsi gözlənilir.
0