ABŞ prezidentliyinə namizəd “Vest Hem”in baş məşqçisi olacaq?
04.09.2008 - 18:00
ABŞ prezidentliyinə namizəd “Vest Hem”in baş məşqçisi olacaq?
London. Elşən Məmmədov - APA-Sport. Nüfuzlu bukmeyker kontoru sayılan William Hill İngiltərənin “Vest Hem” komandasının baş məşqçi postuna namizədlərin siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Alan Kerbişlinin istefasından sonra boş qalan vəzifəni tutmağa ABŞ prezidentliyinə namizəd Barak Obama da şanslı sayılıb. Amerikalı siyasətçinin şansları 1-in 10000-ə nisbətində göstərilib. Yəni, B.Obama baş məşqçi olarsa, ona səs verən şəxs qoyduğu pulun 10000 mislində gəlir əldə edəcək.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd artıq 5 ildən çoxdur ki, “Vest Hem”in sadiq azarkeşidir.
0