Zədəlilər Con Toşakı sevindirdi
05.09.2008 - 09:48
Zədəlilər Con Toşakı sevindirdi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Uels milli komandasının baş məşqçisi Con Toşak iki zədəli futbolçusunun Azərbaycanla sentyabrın 6-da keçiriləcək matçda çıxış edə biləcəyini sevinclə qarşılayıb. “APA-Sport” agentliyinin məlumatına görə, tibbi müayinədən keçən 29 yaşlı Ceyson Kumas və 27 yaşlı Robert İrnşounun seçmə mərhələnin ilk matçına hazır olduğunu məlum olub. Yığmanın iki əsas oyunçusunun Azərbaycanla Kardiffin “Millenium” stadionunda keçirəcəyi görüşdə iştirakı sual altında olsa da, müayinədən sonra onlar ilk məşqdə də iştirak edib.
Qeyd edək ki, yarımmüdafiəçi C.Kumas indiyədək milli komandada 30 oyuna 10, hücumçu R.İrnşou isə 40 matça 13 qol vurub.
0