ABŞ 61 ildən sonra Kubaya qarşı
05.09.2008 - 09:54
ABŞ 61 ildən sonra Kubaya qarşı
Bakı - APA-Sport. ABŞ və Kubanın futbol üzrə milli komandaları son 61 ildə ilk dəfə qarşılaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində təşkil olunacaq görüş sentyabrın 6-da Kubanın paytaxtı Havanada keçiriləcək. Soyuq müharibə şəraitində olan bu iki ölkənin yığması axırıncı dəfə 1947-ci ildə üz-üzə gəlib. ABŞ və Kuba arasında siyasi münasibətlərin gərgin olmasına baxmayaraq, tərəflər sabah oynanılacaq matça siyasi don geyindirməyi məqsədəuyğun saymayıblar. Bununla belə, ABŞ, komandasının baş məşqçisi Bob Bredli səfər qarşılaşmasına xüsusi hazırlaşdıqlarını bildirib: “Çünki Kuba ilə oyunu çoxlu azarkeş izləyəcək. Düşünmürəm ki, bu görüşdə əlavə təzyiq olacaq. Sadəcə, belə matçlara həmişə böyük diqqət ayrılır”.
0