Aleks “Fənərbaxça”dan gedir
05.09.2008 - 10:15
Aleks “Fənərbaxça”dan gedir
Bakı - APA-Sport. “Fənərbaxça”nın ulduz futbolçusu Aleks de Souza İstanbuldan ayrılır. “APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi komandanı 2009-cu ilin mayında birdəfəlik tərk edəcək. 31 yaşlı futbolçunun bu fikrə düşməsinə gələn il “Fənərbaxça”da keçiriləcək prezidenti seçkisinin səbəb olduğu bildirilir. Böyük ehtimalla, A. Souza vətəninə qayıdaraq, bir il “Koriantians”da oynayacaq. “Fənərbaxça”nın kapitanı peşəkar karyerasını 2010-cu ildə bitirmək istəyir.
Qeyd edək ki, 2004-cü ildən İstanbul klubunun şərəfini qoruyan A. Souza indiyədək 202 matçda forma geyinib. Onun “Fənərbaxça” ilə müqaviləsinin müddəti 9 aydan sonra başa çatacaq.
0