Erməni futbolçular Abdulla Gülün səfərini alqışlayıblar
05.09.2008 - 10:17
Erməni futbolçular Abdulla Gülün səfərini alqışlayıblar
İrəvan. Elşən Məmmədov - APA-Sport. 2010-cu il dünya çempionatının 5-ci seçmə qrupunun oyununda sabah Türkiyə milli komandası Ermənistan yığmasının qonağı olacaq. “APA-Sport” agentliyinin məlumatına görə, İrəvandakı “Razdan” stadionunda keçiriləcək matçı izləyənlər arasında Türkiyə prezidenti Abdulla Gül də olacaq. Ermənistan millisinin futbolçuları bu xəbəri məmnunluqla qarşılayıblar. Onlar A.Gülün erməni həmkarı Serj Sarkisyanın dəvətini qəbul etməsinə “Çox xoş oldu” deyə şərh veriblər. Oyunçular isə “ay-ulduzlular”ın gücünə yaxşı bələd olduğunu, oyunun çox maraqlı və zövqlü alınacağını bildiriblər. Qapıçı Gevork Kasparov Türkiyə yığmasının heyətində daha çox hücumçu Semih Şəntürkün, Levon Paçacyan isə Nihat Kahveçinin oyununu bəyəndiyini söyləyib.
Qeyd edək ki. Ermənistan – Türkiyə matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
0