Uelslilər Azərbaycanla oyuna baxmaq istəmirlər
05.09.2008 - 13:01
Uelslilər Azərbaycanla oyuna baxmaq istəmirlər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah keçiriləcək Uels - Azərbaycan oyunu britaniyalı azarkeşlərin marağında deyil. “APA-Sport” agentliyinin məlumatına görə, qarşılaşmanın keçiriləcəyi Kardiff şəhərinin “Millenium” stadionu demək olar boş olacaq. Görüşdə stadionun tamaşaçı tutumunun heç olmasa 20 faizi qədər azarkeş gələcəyi gözlənilsə də, artıq bu inandırıcı görünmür. Uels Futbol Assosiasiyası matçdan bir gün əvvələdək cəmi 8000 biletin satılmasından narahat olmağa başlayıb. Belə ki, qurum rəsmiləri ən azı 15000 seyrçiyə ümid edirdi. 74500 tamaşaçı tutan “Millenium”da azarkeşlərin az olması Azərbaycan millisinin xeyrinə ola bilər. Adətən böyük izdiham qarşısında uğursuz çıxış edən futbolçularımız 2003-cü ildə 72500 nəfərin təşrif buyurduğu “Millenium”da 0:4 hesabı ilə uduzmuşdu.


0