Serj Sərkisyan Ermənistan yığmasının üzvlərilə görüşdü
05.09.2008 - 13:04
Serj Sərkisyan Ermənistan yığmasının üzvlərilə görüşdü
İrəvan. Elşən Məmmədov – APA-Sport. Ermənistan prezidenti Serj Sərkisyan ölkə yığmasının İrəvandakı “Razdan” stadionunda keçirdiyi məşqi izləyib. “APA-Sport” agentliyinin məlumatına görə, S.Sərkisyan sabah Türkiyə millisi ilə 2010-cu il dünya çempionatının seçmə matçına üz-üzə gələcək Ermənistan yığmasının futbolçuları ilə söhbət edib. Onu ölkənin gənclər və idman naziri Armen Qriqoryanla Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan müşayiət edib.
Qeyd edək ki, eyni arenada Bakı vaxtı ilə saat 21:00-da başlanacaq qarşılaşmanı S.Sərkisyan türkiyəli həmkarı Abdulla Güllə birgə izləyəcək.
0