Türkiyə bizə çatdı-qadın futbolunda!
05.09.2008 - 14:45
Türkiyə bizə çatdı-qadın futbolunda!
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

“APA-Sport”un məlumatına görə, ABŞ yığması 2261 xalla üç aydan bir açıqlanan siyahının birinci pilləsində qərarlaşıb.

Almaniya (2152) ikinci pillədəki yerini qoruyub.

Braziliya (2131) milli komandası isə bir pillə irəliləyərək ilk “üçlük”də yer alıb. Xal hesabını (1361) artırmayan Azərbaycan millisi 1 pillə irəliləyərək Türkiyə ilə 64-cü yeri bölüşür.

Türkiyəlilər üç ay əvvəlki ilə müqayisədə mövqeyini 6 pillə yaxşılaşdırmaqla yığmamıza çatıb.

Ümumilikdə isə siyahıya dünyanın 150 qadın yığmasından 116-sı daxil edilib. Qeyd edək ki, qadın yığmalarının reytinq cədvəli növbəti dəfə bu ilin dekabrında açıqlanacaq.
0