Eto’Onun qiyməti düşüb
05.09.2008 - 14:54
Eto’Onun qiyməti düşüb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. İspaniyanın “Barselona” klubu Samuel Eto’Onun transfer qiymətini aşağı salıb.

“APA-Sport”un məlumatına görə, 27 yaşlı hücumçunun keçidi üçün əvvəl 20 milyon avro istəyən pireneylilər artıq kamerunludan 15 milyonun qarşılığında da vaz keçməyə hazırdır.

Futbolçunun Türkiyə üzrə meneceri olan Hasan Çolakoğlu “Fənərbaxça”dan faks alınca danışıqlara başlayacağını bildirib. Menecer qiyməti daha da endirmək istədiyini, lakin buna nail ola bilmədiyini söyləyib. Onun sözlərinə görə, Eto’Onu satmaq niyyəti olan “Barselona” kamerunlunun yeni komandasına kömək edə bilməsi üçün onun Çempionlar Liqasının təsnifat mərhələsində meydana çıxmamasını istəyib.


0