Azərbaycan yığmasının 2559 günlük qələbə həsrəti
05.09.2008 - 15:09
Azərbaycan yığmasının 2559 günlük qələbə həsrəti
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah Azərbaycanın milli komandası ilə yanaşı, 21 yaşlılardan ibarət yığmamız (U-21) da rəsmi oyuna çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, əsas yığmadan fərqli, almaniyalı mütəxəssis Bernard Lippertin çalışdırdığı U-21 öz matçını Bakıda keçirəcək. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son iki oyununu keçirəcək olimpiya yığmamız Farer adalarını qəbul etdikdən 4 gün sonra səfərdə Albaniya ilə görüşəcək. Farer adaları ilə haqq-hesabımızın olması sabahkı oyunun prinsipiallığını artırır. Məsələ ondadır ki, “çırtdan ölkə”nin təmsilçilərinin olimpiya yığması indiyədək yeganə qələbəsini məhz Azərbaycan üzərində qazanıb. Ötən ilin oktyabrında keçirilən həmin matçda 1:0 hesabı ilə qalib gələn Farer adaları bununla da tarix yazıb. Azərbaycan isə artıq 7 ildir, daha dəqiq desək, 2559 gündür rəsmi oyunlarda qələbə üzünə həsrət qalıb. Belə ki, olimpiya yığmamız sonuncu dəfə 2001-ci ilin sentyabrın 4-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Makedoniyanı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Farer adalarını məğlub etməklə, qrupda son pilləni rəqibinə təhvil vermiş olacaq. Hər halda, “cırtdan ölkə”nin təmsilçilərinin son oyununu səfərdə Yunanıstana qarşı keçirdiyini nəzərə alsaq, yığmamızın qrup sonuncusu statusundan qurtulmaq şansı böyükdür. B.Lippert millimizin sükanı arxasında olan həmyerlisi Berti Foqtsdan fərqli, Azərbaycan yığmasını artıq rəsmi oyuna çıxarıb. Bu ilin martın 25-də Bakıda İtaliya yığması ilə görüşdə debüt edən B.Lippert 0:2 hesabı ilə məğlub olub. Avqustun 20-də Latviya yığması Riqada keçirilən yoldaşlıq görüşdə böyük hesabla uduzan (0:3) B.Lippertin komandası hələ ki uğur qazana bilmir.
Saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq Azərbaycan – Farer adaları görüşünü Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək. Sinişa Zrniçinin başçılıq etdiyi hakimlər briqadasında Draqo Cule, Mato Staniç və Elmir Aleksoviç yer alıb. Bosniyalı hakimlərin işinə UEFA-nın türkiyəli hakim-inspektoru Mühittin Bosat qiymət verəcək. Oyunun UEFA nümayəndəsi Kipri təmsil edən George Fantarosdur.

1

İtaliya

8

7

1

0

19-2

22

2

Xorvatiya

8

6

0

2

15-11

18

3

Yunanıstan

8

4

2

2

18-12

14

4

Albaniya

8

3

2

3

10-9

11

5

Farer adaları

8

1

0

7

3-15

3

6

AZƏRBAYCAN

8

0

1

7

4-19

1




0