“Uelsin potensialı Azərbaycanı udmaqdan artığına da çatar”
05.09.2008 - 15:45
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Məni Uels yığmasının nə qədər yaxşı oynaması maraqlandırmır. Vacib olanı Azərbaycanla görüşdə 3 xal qazanmaqdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri Uels futbolunun canlı əfsanəsi Yan Raş deyib. Ötən əsrin 80-ci illərində Avropanın ən yaxşı hücumçularından olan uelsli həmyerlilərinin qələbə qazanmaq potensialının böyük olduğunu düşünür: “Komandamız nəinki 3 xal qazanmaq gücündədir, hətta bundan artığına qadirdir. Sentyabrın 10-da Rusiya ilə uğurlu nəticə əldə etmək üçün Uelsə yalnız özünəinam hissi lazımdır. Azərbaycanla oyundakı nəticə də bu hissi bizə verəcək. İndi Con Toşak zədəlilərə görə narahatçılıq keçirir. Amma indi Uelsdə çox sayda gənc, məsuliyyəti üzərinə götürə biləcək oyunçular var”.
0
0