Ermənistanda Türkiyə ilə matçın biletləri bahalaşıb
05.09.2008 - 16:42
Ermənistanda Türkiyə ilə matçın biletləri bahalaşıb
Bakı. Kənan Həsənov - APA-Sport. İrəvanın “Razdan” stadionu Ermənistan - Türkiyə oyununu keçirməyə tam hazırdır. “APA-Sport”un məlumatına görə, bu haqda arenanın sahibi Aşot Aqababyan açıqlama verib: “Futbol tərkibində siyasi kontekst olan idman növünə çevrilib. Ona görə də bu tip tədbiri təşkil ediriksə, tam təhlükəsizliyə təminat verməyə borcluyuq”.
A. Aqababyan əlavə edib ki, onu avqustun 20-də Ermənistan və Türkiyənin gənclərdən ibarət yığmalarının oyununda baş verən xoşagəlməz hadisələr hiddətləndirib. “Razdan” kompleksinin başçısı təxminən 3000 oturacağın sıradan çıxarıldığını vurğulayıb: “Düzdü, biz ziyanı aradan qaldırmışıq. Bununla yanaşı, vəhşiliyə qarşılıq futbol oyunları və konsert biletlərinin də qiyməti qaldırılıb. Ona görə ki təmir işlərinə əlavə xərc çəkməli oluruq. Bilet qiymətlərini Futbol Federasiyası müəyyənləşdirir. Ən ucuz bilet 10, ən bahalısı isə 33 dollar olacaq”.
0