Ermənilər heyəti açıqlamaqdan qorxurlar
06.09.2008 - 10:17
Ermənilər heyəti açıqlamaqdan qorxurlar
Bakı. Mehman Süleymanov - APA-Sport. Ermənistan futbol yığmasının baş məşqçisi Yan Poulsen Türkiyə ilə rəsmi oyuna start heyətini müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, danimarkalı mütəxəssis bu gün İrəvanın “Razdan” stadionunda baş tutacaq görüşdə ilk dəqiqələrdən meydana buraxacaq futbolçularını adlarını açıqlamaqdan çəkinib: “Artıq start heyətini özüm üçün müəyyənləşdirmişəm. Bundan əlavə, Türkiyə ilə oyunda protokola düşəcək 18 futbolçunun adını da bilirəm. Ancaq məlum səbəblərdən oyunçuların adlarını açıqlaya bilmərəm”. Y.Poulsen çalışdırdığı komandanın FİFA-nın reytinqində 10-cu yerdə gedən, son Avropa çempionatının bürünc mükafatçısı olan Türkiyəni məğlub etmək gücündə olduğuna inamını ifadə edib: “Türklərlə oyunda qarşımızda duran əsas vəzifə xal qazanmaqdır. Yalnız bundan sonra gözəl oyun nümayiş etdirmək haqda düşünmək olar”.
0