Azərbaycana qarşı kim oynayacaq?
06.09.2008 - 12:42
Azərbaycana qarşı kim oynayacaq?
Kardiff. Elşən Məmmədov - APA-Sport. Bu gün 2010-cu il dünya çempionatının 4-cü seçmə qrupunun oyununda Azərbaycanla qarşılaşacaq Uels yığmasının start heyəti məlum olub. “APA-Sport”un məlumatına görə, Uels qarşılaşmaya 4-4-1-1 taktiki düzülüşü ilə çıxacaq. Baş məşqçi Con Toşakın müəyyənləşdirdiyi “11-lik”də yalnız bir futbolçu – Co Ledli (“Kardiff Siti”) Uels çempionatında çıxış edir. Qapını Ueyn Hönnesi (“Vulverhempton”, İngiltərə) qoruyacaq. Müdafiəçi funksiyasını Kris Qanter (“Tottenhem”, İngiltərə), Eşli Uilyams (“Suonsi”, İngiltərə), Kreyq Morqan (“Piterboro”, İngiltərə) və Qaret Beyl (“Tottenhem”, İngiltərə) yerinə yetirəcəklər. Yarımmüdafiədə kapitan Saymon Devis (“Fulhem”, İngiltərə), Karl Robinson (“Toronto”, ABŞ), Karl Fletçer (“Kristal Pelas”, İngiltərə) və Co Ledli (“Kardiff Siti”) yer alacaq. Ceyson Kumas (“Uiqan”, İngiltərə) hücumameylli yarımmüdafiəçi, sonradan milliyə dəvət alan Robert İrnşou (“Nottingem Forest”, İngiltərə) isə yeganə forvard qismində yer alacaqlar.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq Uels - Azərbaycan matçı Kardiffdəki “Millenium” stadionunda keçiriləcək.
0