Ermənistan-Türkiyə: 0:2
06.09.2008 - 21:43
Ermənistan-Türkiyə: 0:2
Bakı-APA. Türkiyə və Ermənistan milli futbol komandaları arasında keçirlən futbol oyununun birinci yarısı hesab açıqlmadan başa çatıb. İkinci yarı başlayandan az sonra isə hesab açılıb. Oyunun 59-cu dəqiqəsində Tuncayın ermənilərin qapısına vurduğu qolla türkiyə hesabda 1:0 önə çıxıb.

Semin Şəntürkün 76-cı dəqiqədə vurduğu ikinci qol hesabı bir xal da artırıb. 2:0.

APA-nın xəbərinə görə, futbol matçını İrəvanın “Razdan” stadionunda Türkiyə prezidenti Abdullah Gül və Ermənistan prezidenti Serj Sarkisyan da izləyirlər. Bu oyunu izləmək üçün böyük mübahisələrdən sonra Türkiyə tarixində ilk dəfə ölkə başçısı Ermənistana səfər edib.

Stadiona daxil olanlar xüsusi yoxlanışdan keçiblər. Abdullah Gülü İrəvanda qarşılayan etirazçıların stadionda da aksiya keçirməmələri üçün əllərində şüar olan izləyicilər tribünlərə buraxılmayıblar.

Qeyd edək ki, A. Gülün Ermənistana səfəri ilə bağlı xüsusi təhlükəsizlik tədbirləri görülüb. O, İrəvanda Türkiyədən gətirilmiş zirehli maşınla hərəkət edib. Həmçinin Gül futbolu da güllə keçirməyən şüşənin arxasından, əynində dəmir gödəkçə ilə izləyir.


0