“Çalışdırdığı komandanı gücləndirə bilməyən məşqçi almaniyalı mütəxəssis sayıla bilməz”
08.09.2008 - 12:22
“Çalışdırdığı komandanı gücləndirə bilməyən məşqçi almaniyalı mütəxəssis sayıla bilməz”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Çalışdırdığı komandanı gücləndirə bilməyən məşqçi almaniyalı mütəxəssis sayıla bilməz. Azərbaycan yığmasına isə məhz almaniyalı Berti Foqts rəhbərlik edir”. “APA-Sport”un məlumatına görə, bu sözləri Uels milli komandasının üzvü Karl Fletçer deyib. 28 yaşlı oyunçu dünya çempionatının seçmə oyununda Azərbaycan üzərində qələbə qazanacaqlarına son dəqiqəyədək inanıb: “Foqts Azərbaycanı mütəşəkkil, yaxşı formalaşmış komandaya çevirə bilib. Belə rəqibə erkən qol vura bilsəydik, işimiz xeyli asan olardı. Son nəticədə ədalətli hesabı əldə edə bildik. Bütün gərgin işimiz və əziyyətlərimizin bəhrəsi üç xal idi. Hətta penaltini vura bilməyəndə də inamımı itirmirdim”.
0