“Azərbaycanı da udacağıq, Uelsi də”
08.09.2008 - 13:04
“Azərbaycanı da udacağıq, Uelsi də”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Mənim üçün vacib olanı Azərbaycanla çərşənbə günü keçirəcəyimiz matçdır. Çünki bu oyunla bağlı şanslarımız real görünür”. “APA-Sport”un məlumatına görə, bu sözləri Lixtenşteyn milli komandasının futbolçusu Mario Frik deyib. Yığmasının tarixində həm oyun, həm də qol sayında birinci olan hücumçu sentyabrın 10-da keçiriləcək Azərbaycan - Lixtenşteyn qarşılaşmasında şanslı olduqlarını düşünür: “Lixtenşteyndə futbol müəyyən tərəqqiyə nail olub. Avropa çempionatının son seçmə mərhələsində yığmamız 7 xal toplamağı bacardı. Bununla da biz Latviya və İslandiya ilə eyni miqdarda xal topladıq. Bu dəfə Azərbaycanda, mümkün olacağı halda isə Uelsdə keçirəcəyimiz qarşılaşmada müsbət nəticə əldə etməyə çalışacağıq”.
Qeyd edək ki, İtaliyanın “Syena” klubunda çıxış edən M.Frik Almaniyaya 0:6 hesablı məğlubiyyətin ertəsi - sentyabrın 7-də 34 yaşını qeyd edib.
0