Almanlardan Semihə super təklif
08.09.2008 - 13:14
Almanlardan Semihə super təklif
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının və “Fənərbaxça” klubunun üzvü Semih Şəntürk super təklif alıb. “APA-Sport”un məlumatına görə, 25 yaşlı futbolçunu Almaniya “Ştutqart”ı heyətinə qatmaq istəyir. Bu məqsədlə İstanbula gələn klub prezidenti Ervin Staudt “Fənərbaxça” rəhbərliyi ilə danışıq aparıb. Transferi mövsümlərarası fasilə dövründə gerçəkləşdirməyi planlaşdıran almanlar gənc forvarda illik 2,5 milyon avro maaş təklif ediblər.
Qeyd edək ki, S. Şəntürkün “Fənərbaxça”da illik qazancı 1,8 milyon avroya bərabərdir.
0