Kuffur futboldan getdi
08.09.2008 - 13:15
Kuffur futboldan getdi
Bakı. Mehman Süleymanov - APA-Sport. Uzun illər Almaniyanın “Bavariya” klubunda çıxış edən Samuel Kuffur karyerasını bitirib. “APA-Sport”un məlumatına görə, qanalı futbolçu yaşıl meydanda çıxışını 32 yaşında başa vurmağa qərar verib. Ötən il Hollandiyanın “Ayaks” klubunda çıxış edən Kuffur mövsüm bitəndən sonra komandaya lazım olmayıb. Qana yığmasının şərəfini qoruyan müdafiəçi Almaniya və Rusiya klublarından təklif alsa da, heç birinə müsbət cavab verməyib.

“Bavariya”nın heyətində dəfələrlə Almaniya çempionluğunu qazanan Kuffur Çempionlar Liqasının və Qitələrarası kubokun qalibi olub. Yaponlar Qitələrarası kubokunda finalında qələbə topunun müəllifi olan, ən yaxşı futbolçu seçilən qanalı futbolçuya “Toyota” markalı avtomobil bağışlayıb.
0