Rasim Kara: “Azərbaycanlı futbolçular cəzalanmağa öyrəşiblər”
08.09.2008 - 13:54
Rasim Kara: “Azərbaycanlı futbolçular cəzalanmağa öyrəşiblər”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Uels yığması Rayan Giqqzin çıxış etdiyi dövrdə daha güclü idi. Hazırda xeyli zəiflədiyindən, Azərbaycan millisinin Kardiffdə ən pis halda, heç-heçə edəcəyini gözləyirdim”.Bunu “APA-Sport”a açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib. Uelslə oyunda qapıçı Kamran Ağayevi ən yaxşı futbolçu adlandıran Karanın sözlərinə görə, Azərbaycan yığmasının məğlub olmasında nizam-intizamın böyük rolu olub. Türkiyəli mütəxəssisin fikrincə, Fabio Luis Ramimin 68-ci dəqiqədə meydandan qovulması birbaşa nəticəyə təsir göstərib: “Yeni seçmə mərhələyə yeni baş məşqçinin rəhbərliyi altında xalla başlamaq çox yaxşı olardı. Problem ondadır ki, azərbaycanlı futbolçular çoxlu yersiz vərəqə alırlar və buna artıq alışıblar. Avropada rəqibi arxadan vuran, hakimə etiraz edən cəzalandırılır. Komandalarınız təkcə yığma yox, avrokuboklarda da bunun əziyyətini çəkir. Azərbaycan futbolunun birdən yüksələcəyini gözləməyə dəyməz. Bunun üçün uşaq futboluna böyük diqqət yetirmək lazımdır”.








0