Robinyo pirojki satardı, amma “Real”da qalmazdı
08.09.2008 - 14:57
Robinyo pirojki satardı, amma “Real”da qalmazdı
Bakı. Mehman Süleymanov - APA-Sport. Braziliya yığmasının futbolçusu Robinyo pirojki satmağı Madrid “Real”ında qalmaqdan üstün tutub. “APA-Sport”un məlumatına görə, Avropada “transfer pəncərəsi”nin bağlanması ərəfəsində “Mançester Siti”yə (İngiltərə) keçən 24 yaşlı hücumçunun agenti Vaqner Riveyro bildirib ki, müştərisinin “Kral klubu”unda çıxışını davam etdirməsi heç cür mümkün deyilmiş: “Real”ın prezidenti Ramon Kalderon Robinyonun başqa kluba keçməyəcəyini deyirdi. Yalnız futbolçu öz fikrində qalırdı. O, klub rəhbərliyinə Madriddə qalmaqdansa, pirojki satmağa hazır olduğunu bəyan etmişdi”.
Qeyd edək ki, Robinyo 2005-ci ildən şərəfini qoruduğu “Real”da ardıcıl iki mövsüm İspaniya çempionu olub.
0