Platini erməniləri təriflədi
08.09.2008 - 16:22
Platini erməniləri təriflədi
Bakı - APA-Sport. UEFA prezidenti Mişel Platini sentyabrın 6-da dünya çempionatının seçmə qrup mərhələsində mübarizə aparmış Ermənistan və Türkiyə yığmalarının oyunundan razı qalıb. “APA-Sport”un məlumatına görə, ötənlərin məşhur futbolçusu həm Türkiyə, həm də Ermənistan tərəfinə minnətdarlığını bildirib. Platini son 73 ildə Türkiyə prezidentinin ilk dəfə Ermənistana səfər etməsini xüsusi vurğulayıb: “Bizim mövcud siyasi durumu analiz etmək niyyətimiz yoxdur. Əsas odur ki, futbol insanları yaxınlaşdırır. Türkiyə prezidenti Ermənistana səfər etdi. İrəvanda Türkiyənin himni səsləndi və hörmətlə qarşılandı. Mənim İrəvandakı nümayəndəmin dediyinə görə, matç əsl idman mübarizəsi şəraitində keçib. Buna görə də hər iki ölkənin futbol assosiasiyasının və yığmasının rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Ermənistan - Türkiyə görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.
0