AFFA biletləri ucuzlaşdırdı
08.09.2008 - 17:05
AFFA biletləri ucuzlaşdırdı
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan futbol yığmasının dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Lixtenşteynə qarşı keçirəcəyi matçın biletləri satışa çıxarılıb. Bu haqda “APA-Sport”a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Biletlərin qiymətləri sektorlardan asılı olaraq, 1-4 manat arasında dəyişir. Baş katib bildirib ki, milli komandamızın ötən oyunları ilə müqayisədə indi biletlərin dəfələrlə ucuz satılmasının obyektiv səbəbi var: “Biz azarkeşlərin maddi vəziyyətini də nəzərə almışıq. Məqsədimiz yığmamızı dəstəkləmək üçün stadiona daha çox futbol həvəskarı toplamaqdır”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Lixtenşteyn qarşılaşması sentyabrın 10-da saat 21:00-da başlanacaq.
0