Gözəl oyun var, növbə gözəl nəticənindir
08.09.2008 - 17:41
Gözəl oyun var, növbə gözəl nəticənindir
Bakı. Aqşin Əliyev - APA-Sport. “Təbii ki, Uelslə oyunun nəticəsi məni razı salmadı. Buna baxmayaraq, futbolçularımız yaxşı təsir bağışladılar”. Bu sözləri “APA-Sport”a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Yığmamızın Berti Foqtsun rəhbərliyi altında keçirdiyi ilk rəsmi matç barədə fikirlərini bölüşən Məmmədov bildirib ki, gələcəkdə nəticə qazanılacağına da ümid böyükdür: “Hazırda milli komandada orta yaş həddi 24-ə bərabərdir. Bu isə gələcəyə nikbin baxmağaa əsas verir. Ümidvaram ki, yığmamız növbəti matçlarda gözəl oyunla bərabər, gözəl nəticə də qazanacaq”. Baş katib məşqçilər korpusunun işindən razı qaldığını da gizlətməyib: “Məşqçilərin əməyini yüksək qiymətləndirirəm. Başda Berti Foqts olmaqla, müxtəlif yaş qruplarından ibarət yığmalarımızdakı almaniyalı mütəxəssislərin işindən razıyam”. Məmmədov milli komandamızın sentyabrın 10-da Lixtenşteynə qalib gələcəyinə inandığını da vurğulayıb.
0