Sərxoş futbolçu yığmadan uzaqlaşdırıldı
09.09.2008 - 09:40
Sərxoş futbolçu yığmadan uzaqlaşdırıldı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycana rəqib olacaq Finlandiya yığmasının futbolçusu Roman Yeryomenko xoşagəlməz halla üzləşib. “APA-Sport”un məlumatına görə, Kiyevin “Dinamo” klubunda forma geyinən finlandiyalı avtomobili sərxoş vəziyyətdə idarə edərkən saxlanılıb. Skandinaviyalıların baş məşqçisi Stüart Bakster bu hərəkətinə görə futbolçunu heyətdən kənarlaşdırıb.
Qeyd edək ki, Finlandiya sabah Almaniya ilə görüşəcək.
0