Hiddinkdən gözlənilməz müqayisə
09.09.2008 - 11:06
Hiddinkdən gözlənilməz müqayisə
Bakı. Mehman Süleymanov - APA-Sport. Rusiya yığmasının baş məşqçisi Qus Hiddinq dünya çempionatının seçmə qrup mərhələsində bütün rəqiblərə hörmətlə yanaşdıqlarını söyləyib. “APA-Sport”un məlumatına görə, autsayderlərə saymazyana münasibətin tərəfdarı olmayan hollandiyalı mütəxəssis Almaniyanın qrupda aşkar favorit olması ilə barışıb: “Hamıya məlumdur ki, dünya çempionatının final mərhələsinə birbaşa yalnız bir komanda - qrup qalibi çıxır. Almaniya kimi yığma ilə bir qrupa düşdüyümüzü nəzərə alsaq, işimiz çox çətin olacaq. Digər tərəfdən, rəqibimizin çox güclü olması mübarizənin marağını artırır. Eyni zamanda, digər rəqiblərə də az diqqət ayırmamalıyıq. Elə alına bilər ki, misal üçün, ötən seçmə mərhələdə Andorra, bu dəfə Lixtenşteynlə oyun həlledici olsun. Bu, həmçinin Uels və Azərbaycan milli komandalarına da aiddir”.
Qeyd edək ki, Rusiya cari seçmə mərhələdə son oyununu gələn ilin oktyabrın 14-də Bakıda Azərbaycanla keçirəcək.
0