Arşavin türklərin pulunu sayır
09.09.2008 - 12:34
Arşavin türklərin pulunu sayır
Bakı - APA-Sport. Rusiyanın “Zenit” klubunun futbolçusu Andrey Arşavin ”Qalatasaray” və “Fənərbaxça”nın oyunlarını yaxından izlədiyini bildirib. “APA-Sport”un məlumatına görə, bunu 27 yaşlı hücumçu jurnalistlərlə söhbətində deyib. Zarafatcıl Arşavin hesab edir ki, onu almaq üçün İstanbul komandalarından heç birinin pulu çatmaz: “Qalatarasay” və ya “Fənərbaxça”nın məni transfer edə biləcəyini düşünmürəm”. Transfer qiyməti 30 milyon avroya bərabər göstərilən rusiyalı Avropa çempionatı barədə də təəssüratlarını bölüşüb. Onun fikrincə, Türkiyə yığması Nihat Kahveçinin sayəsində qitə birinciliyinin yarımfinaladək irəliləyib: “Nihatı Avro-2008-in qəhrəmanlarından biri sayıram. Çox səviyyəli futbolçudur. Onun oyununu izləyərkən böyük zövq aldım. Nihat ən kritik məqamlarda səhnəyə çıxıb, qarşılaşmanın taleyini həll edirdi”.
0