Luçesku Rumıniya yığmasını çalışdıra bilər
09.09.2008 - 15:58
Luçesku Rumıniya yığmasını çalışdıra bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qalatasaray” klubunun sabiq baş məşqçisi Mirça Luçesku Rumıniya yığmasının sükanı arxasına keçə bilər. “APA-Sport”un məlumatına görə, Luçesku bu vəzifəni tutmağa ən real namizəddir. Hazırda Ukraynada “Şaxtyor”u çalışdıran mütəxəssis dünya çempionatının seçmə mərhələsinə faciəvi startla başlayan yığmanın baş məşqçisi Viktor Pitsurkanı əvəzləyəcəyi gözlənilir. Litvaya 0:3 hesablı məğlubiyyətdən sonra postunda qalacağı inandırıcı olmayan Pitsurka kimi, Luçeskunun da istefaya göndərilməsi realdır. Rumıniya Futbol Federasiyasının prezidenti Mirça Sandu Luçesku ilə danışıqlara başlamağa tələsmədiklərini bildirib: “İkinci seçmə oyunumuzdan sonra hər şeyi təhlil edərək qərar verəcəyəm. Hazırda Farer adalarını məğlub etməyi düşünürük. Luçeskunun milliyə gəlməsini isə Pitsurkanın istefasından sonra müzakirə edəcəyik. Hələlik isə Mirçanın öz iş yeri var”.
0