“Qızıl buts” sahibinə verildi
09.09.2008 - 17:25
“Qızıl buts” sahibinə verildi
Bakı. Mehman Süleymanov - APA-Sport. 2008-ci il Avropa çempionatının bombardiri olan İspaniya yığmasının hücumçu David Vilya mükafatlandırılıb. “APA-Sport”un məlumatına görə, məşhur “Adidas” şirkəti son qitə birinciliyində vurduğu 4 qolla ən sərrast oyunçuya çevrilən 27 yaşlı futbolçuya “Qızıl buts” təqdim edib. Rusiya ilə start görüşündə het-trik edən Vilya ardından İsveçlə oyunda qələbə topunu vursa da, sonradan fərqlənə bilməyib. Zədə səbəbindən final matçını buraxan hücumçu 2000-ci ildən bu yana keçirilən Avropa çempionatında ilk het-trikin müəllifi olub. Vilyanın İspaniya yığmasındakı komanda yoldaşı, Avro-2008-nin ən yaxşı futbolçusu seçilən Xavi Ernandes də mükafatını alıb. 28 yaşlı yarımmüdafiəçi turnirin sponsorları olan “Adidas”la “Kastrol” şirkətlərinin verdiyi hədiyyələrə sahib çıxıb.
0