“Qalatasaray”ın rekordçuları
10.09.2008 - 13:22
“Qalatasaray”ın rekordçuları
Bakı. Kənan Həsənov - APA-Sport. “Qalatasaray” klubunun hücumçusu Ümit Karan özünəməxsus rekorda sahibdir. “APA-Sport”un məlumatına görə, o Türkiyə Superliqasında fəal çıxış edən futbolçular arasında qol sayında liderdir. Karan karyerası ərzində keçirdiyi 301 matçda rəqib qapıçıları 127 dəfə məyus edib. Türkiyə yığmasının sabiq üzvü bu göstəricidə 100-dən çox qol vuran futbolçuların sıralamasında 14-cü yeri tutub. Karan cari mövsümdə daha 5 qol vuracağı halda ilk “onluğ”a düşəcək.
“Qalatasaray”ın digər üzvü Ayhan Akman da rekorda sahibdir. Belə ki, o, Superliqada fəal mübarizə aparan futbolçular arasında ən çox oyun keçirib. Türkiyə yığmasının yarımmüdafiəçisi indiyədək 324 görüşdə iştirak edib.
0