BATE Belarus hökumətini ayağa qaldırdı
10.09.2008 - 13:32
BATE Belarus hökumətini ayağa qaldırdı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasının qrup mərhələsinə çıxan BATE problemlə üzləşib. “APA-Sport”un məlumatına görə, Belarus çempionu stadion probleminin həll olunması üçün ölkə rəhbərliyinə müraciət edib. Məsələ ondadır ki, ev oyunlarını doğma Borisovda deyil, Minskin “Dinamo” klubunun stadionunda keçirməli olan BATE bu arenanın da tələblərə cavab vermədiyindən əziyyət çəkir. UEFA-nın qrup oyunlarını qəbul edən stadionlar üçün olan minimal tələblərinə cavab verməyən arenada aparılacaq işlər üçün bütün Belarus ayağa qalxıb. Baş nazir Sergey Sidorenkonun qərarı ilə sentyabrın 30-da keçiriləcək BATE - “Yuventus” qarşılaşması üçün xüsusi təşkilat komitəsi yaradılıb. Komitədə Belarusun idman və turizm, fövqəladə hallar, daxili işlər nazirlikləri, BATE, Belarus Futbol Federasiyası, milli teleradio şirkəti və Minsk icra hakimiyyəti də təmsil olunub.
0