Robinyo qapıya nə yazıb?
10.09.2008 - 14:31
Robinyo qapıya nə yazıb?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Braziliya yığmasının hücumçusu Robinyo günahını boynuna alıb. “APA-Sport”un məlumatına görə, 24 yaşlı futbolçu Çili ilə qarşılaşmadan sonra soyunub-geyinmə otağının qapısını yazdığını etiraf edib. Robinyonu dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Çili - Braziliya matçında meydan sahiblərinin açıq futbol oynaması özündən çıxarıb. “Top sehrbazları” onlarla bərabər səviyyədə oynamaq istəyən Çilinin qapısına 3 cavabsız qol vursa da, hücumçunun ürəyi soyumayıb. Matç bitincə Robinyo qapıya “Dünyanın ən güclü komandasına hörmət etmək lazımdır” qeydini həkk edib.
0