«Azersun Holding» Bakı yaxınlığında yeni idman şəhərciyinin tikintisinə gələn ilin əvvəlində başlayacaq
10.09.2008 - 14:44
«Azersun Holding» Bakı yaxınlığında yeni idman şəhərciyinin tikintisinə gələn ilin əvvəlində başlayacaq
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azersun Holding» Şirkətlər Qrupu Bakı şəhəri yaxınlığında yeni idman şəhərciyinin tikintisinə dair layihənin icrasına 2009-cu ilin ilk rübündə başlayacaq. Bu barədə «APA-Economics»ə «Azersun Holding»in prezidenti Abdolbari Goozal məlumat verilib.
«Layihənin ümumi dəyəri təxminən 2 mlrd. ABŞ dolları təşkil edəcək. Yeni idman şəhərciyinin inşasına isə gələn ilin mart ayında – Novruz bayramı ərəfəsində başlanması planlaşdırılır ki, iki ildən sonra idman kompleksi istifadəyə veriləcək», - deyə A.Goozal bildirib.
Qeyd edək ki, idman şəhərciyi paytaxtın Binə qəsəbəsində yerləşəcək. Tikinti işləri təxminən 300 hektar ərazidə aparılacaq ki, hazırda ilkin planlaşmaya başlanılıb. Layihənin reallaşması «Azersun Holding»in öz vəsaiti hesabına maliyyələşdiriləcək. İdman şəhərciyində qolf və tennis kortları, futbol meydançası («Qarabağ» futbol klubunun təlim-məşq bazası), trenajor zalı və bir sıra digər idman növləri üzrə sahələr yaradılacaq.
0