Senna “Fənərbaxça”ya gəlməməsinin səbəblərini açıqladı
10.09.2008 - 14:55
Senna “Fənərbaxça”ya gəlməməsinin səbəblərini açıqladı
Bakı - APA-Sport. İspaniya yığmasının və “Vilyareal”ın üzvü Markos Senna “Fənərbaxça”nın təklifindən imtina etməsinin səbəbini açıqlayıb. “APA-Sport”un məlumatına görə, Luis Araqonesin baş məşqçi postuna təyinatından sonra “sarı-lacivərdlilər”lə anlaşacağı gündəmə gələn təcrübəli yarımmüdafiəçi öz ölkəsindən ayrılmaq istəmədiyi üçün “Fənərbaxça” ilə müqavilə bağlamayıb: “İspaniyadan ayrılmaq mənə çox çətin idi. Bu səbəbdən “Fənərbaxça”nın rəhbərliyinə müsbət cavab verə bilmədim”. Senna istanbulluların təklifini qəbul etmədiyindən az pul qazanacağını vurğulayıb: “İndi qazancım az olacaq. “Vilyareal”la razılaşmanın müddətini 2011-ci ilədək uzatmışam. İstənilən halda, klub rəhbərliyinə minnətdaram. Yeni müqavilə bağlayarkən prezident Fernando Roqa dedim ki, bu şərtlər sizi bir daha narahat etməyəcək qədər yüksəkdir”.
0