“Fənərbaxça” sevgisi sərhəd tanımır
10.09.2008 - 15:02
“Fənərbaxça” sevgisi sərhəd tanımır
Bakı. Kənan Həsənov - APA-Sport. “Fənərbaxça” sevgisi sərhəd tanımır. “APA-Sport”un məlumatına görə, İstanbul klubunun azarkeşlərinin duyğusal anlarını özündə əks etdirən yeni film çəkilib. “Eşq tutulması” adlanan əsər oktyabrın 24-də ekranlara çıxacaq. Filmin ssenarisini Murat Şəkər və Selami Genli yazıb.
“Eşq tutulması”nda baş rolları Tolqahan Tanışman və məşhur “Yarpaq tökümü” serialından tanınan Fahriye Evcen ifa edib.
0