UEFA Benitesi hiddətləndirib
10.09.2008 - 15:03
UEFA Benitesi hiddətləndirib
Bakı. Mehman Süleymanov - APA-Sport. İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Rafael Benites UEFA-nı tənqid edib. “APA-Sport”un məlumatına görə, qitə futbol qurumunun Çempionlar Liqası (ÇL) ilə bağlı tətbiq etdiyi yeni qaydalar ispaniyalı mütəxəssisi hiddətləndirib. Benites məhz bu səbəbdən Finlandiya yığmasının kapitanı Sami Hyuyupyanı nüfuzlu turnirə sifariş edə bilməyib: “UEFA-nın yeni qaydalarına əsasən ÇL-nin iştirak ərizəsində klubun 8 yetirməsi yer almalıdır. Bu səbəbdən 34 yaşlı müdafiəçimiz Hyuyupya kənarda qaldı. Hesab edirəm ki, qitə futbol qurumunun yeniliyi səhvdir. Bu qaydanı milli çempionatlar üçün başa düşərdim, ancaq ÇL üçün yox. Heyətlə bağlı seçmək etmək, kimi heyətə götürüb, kimisə kənarda qoymaq çox çətin idi. Sonda məni ən güclü futbolçularımdan birini kənara qoymağa məcbur etdilər”.
0