Essyen cərrah stoluna çıxacaq
10.09.2008 - 16:19
Essyen cərrah stoluna çıxacaq
Bakı - APA-Sport. “Çelsi”nin futbolçusu Mikael Essyen cərrahiyyə əməliyyatına məruz qalacaq. “APA-Sport”un məlumatına görə, buna qanalı yarımmüdafiəçinin diz nahiyəsindən aldığı zədə səbəb olub. 26 yaşlı oyunçu ötən həftəsonu dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Liviya yığması ilə səfər matçında sıradan çıxıb. Tibbi müayinədən sonra Essyenin bir neçə ay futbol oynaya bilməyəcəyi barədə rəy verilib. O, cərrah stoluna yaxın günlərdə çıxacaq.
Hazırda “Çelsi”nin düşərgəsində Essyen də daxil olmaqla, 3 zədəli futbolçu var. Baş məşqçi Luis Felipe Skolari Con Obi Mikel və Mixael Ballakın da xidmətindən yararlana bilmir.
0